Ərdoğan İƏT-in qeyri-rəsmi zirvəsinə qatılmaq üçün Riyada gedib, oradan Azərbaycana gələcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdşalıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (ƏDL) qeyri-rəsmi zirvə görüşündə iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyada yola düşüb.
“turaninsesi.az” xəbər verir ki, iclas Yaxın Şərqdəki gərginliyin azaldılması üçün nəzərdə tutulub.
Ərdoğanın toplantı çərçivəsində bir çox liderlə görüşü gözlənilir.
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı səfərindən sonra COP-da iştirak etmək üçün birbaşa Azərbaycana gələcək.