DİN “Rudaw”-ın yalanını ifşa etdi
Daxili İşlər Nazirliyi (DİN) Azərbaycana qarşı növbəti dezinformasiyanın yayılmasının qarşısını alıb.
“turaninsesi.az” xəbər verir ki, nazirlik “X” sosial şəbəkəsində İraq Kürdüstanında fəaliyyət göstərən “Rudaw” telekanalının səhifəsində Azərbaycana qarşı həqiqəti əks etdirməyən məlumata aydınlıq gətirib.
Telekanalın səhifəsində Bakıda küçədən partlayıcı qurğunun tapıldığı iddia edilib.
DİN qeyd edib: “Yolun kənarında aşkarlanan bağlama yemək çatdırılması ilə məşğul olan şirkətlərdən birinə aid olub”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI