WSJ: Tramp Tehranla razılığa gələ bilər

0

Vaşinqton və Tehran qarşılıqlı ədavətə baxmayaraq, nəhayət, Donald Trampın ikinci dövründə diplomatik razılığa gələ bilər.

turaninsesi.az” xəbər verir ki, bu barədə “Wall Street Journal” (WSJ) yazıb.

Nəşr qeyd edir ki, Trampın dövlət başçısı kimi ilk dövründə onunla əməkdaşlıq edənlərdən bəziləri ABŞ-İran münasibətlərində belə bir inkişafı istisna etmirlər. Eyni zamanda, Pentaqonun keçmiş yüksək rütbəli rəsmisi Maykl Mulroyun fikrincə, Tramp sövdələşmələr etməyi xoşlayır, ancaq “bu onun sövdələşməsidir”.

“The Wall Street Journal”-ın mənbələrinə görə, Tramp İrana qarşı sanksiya təzyiqlərini ciddi şəkildə gücləndirməyi və onun neft tədarükü imkanlarını kəsməyi planlaşdırır. İran neftinin tədarük olunduğu Çin limanları da sanksiyalara məruz qala bilər.

Keçmiş Ağ Ev rəsmisi qəzetə deyib: “Düşünürəm ki, siz sanksiyaların geri qayıdacağını görəcəksiniz. Tramp onların İranı həm diplomatik, həm də maliyyə cəhətdən daha da təcrid etməyə çalışacaq”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir