Milli Məclisin iclasında

0

Noyabrın 7-də spiker Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.


İclası açan Milli Məclisin sədri bildirib ki, sabah xalqımız Zəfər Gününü qeyd edəcək. Dörd il bundan əvvəl noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz Vətən müharibəsində Zəfər yürüşünü qələbə ilə başa çatdırıblar. 44 gün ərzində cəsur əsgər və zabitlərimizin Qarabağ torpağında hər addımı, azad edilmiş torpaqlarda yüksəldilən hər bayrağımız ilə Azərbaycanın qanuni hüquqları bərpa edilib.
8 Noyabr Zəfəri sayəsində əzəli torpaqlarımızın 30 illik işğalına son qoyulması təkcə bizim ölkəmiz üçün deyil, həm də türk dövlətləri, bütün dünya üçün tarixi bir hadisədir.
Spiker bildirib ki, haqq-ədalətin və dövlətimizin ərazi bütövlüyünün bərpa edilməsi sayəsində Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu gerçəkləşib. Son iki yüz ilə yaxın dövrdə davakar erməni millətçiliyinin həyata keçirdiyi qəsbkarlıq və etnik təmizləmələr silsiləsinə birdəfəlik son qoyulub. Azərbaycan dövlətçiliyinin tarixində yeni dövr başlanıb.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan dövlətinə qarşı təhdidlərə son qoymaq üçün 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror əməliyyatı hərb tariximizin yeni şanlı səhifəsini təşkil edir. Azərbaycanın suverenliyi onun bütün ərazisində bərpa edilib. Bu möhtəşəm uğur 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin məntiqi davamı və yekunu olub.
Azərbaycan BMT-nin və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinin icrasını öz gücü ilə təmin edərək Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini dəyişdirib.
Spiker bununla əlaqədar möhtərəm cənab Prezidentin sözlərini xatırladıb: “Biz bu şanlı tarixi qəlbimizdə əbədi yaşadacağıq. Azərbaycan xalqı, bütün gələcək nəsillər bu şanlı qələbə ilə haqlı olaraq fəxr edəcəklər”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir