Şoyqu: Cənubi Qafqazda vəziyyət ağırdır

0

Cənubi Qafqazda vəziyyət ağır olaraq qalır, lakin onun yaxşılaşdırılması üçün ilkin şərtlər var, lakin Qərb bunun qarşısını alır.

turaninsesi.az” xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

O, MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin Moskvada keçirilən 12-ci iclasında bildirib: “Cənubi Qafqazda regional təhlükəsizliyə gəlincə, vəziyyət çətin olaraq qalır, lakin onun yaxşılaşdırılması üçün ilkin şərtlər var. Buna, yumşaq desək, qeyri-adi məqsədləri olan xarici oyunçular, ilk növbədə, Qərb ölkələri mane olur”.

Şoyqunun sözlərinə görə, bu, yalnız regional problemlərin regional həll yollarını tələb etməsi tezisini təsdiqləyir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir