Tramp öndədir…

ABŞ prezident seçkilərinin nəticələri ilə bağlı son məlumatlar gərgin mübarizəni göstərir.

turaninsesi.az” xəbər verir ki, hazırda Donald Tramp 230 seçici səsi ilə Kamala Harrisi (187 seçici səsi) qabaqlayır. Trampın 55,993,436 səs, Kamala Harrisin isə 50,878,013 səs topladığı bildirilir.

Qeyd edək ki, qələbə üçün namizədlərdən hər birinin 270 seçici səsinə ehtiyacı var.

Seçici səslərinin paylanması ABŞ-ın müxtəlif ştatlarında müxtəlif nəticələrə səbəb olub. Qırmızı rənglə işarələnmiş ştatlar Trampı, mavi rənglə işarələnmişlər isə Kamala Harrisi dəstəkləyib. Xüsusilə, bəzi ştatların nəticələri seçkilərin gedişatına ciddi təsir göstərə bilər.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir