İran atom silahı yaradacaqmı? – XİN-dən cavab
Kütləvi qırğın silahlarının rədd edilməsi və İranın nüvə proqramının dinc xarakter daşıması ilə bağlı rəsmi mövqeyimiz kifayət qədər aydındır.
“turaninsesi.az” Təsnim-ə istinadla xəbər verir ki, bunu İran XİN-in mətbuat katibi İsmayıl Bəqai deyib.
O, Kamal Xərrazinin “Al Mayadeen” kanalına müsahibəsində İranın öz nüvə doktrinasına yenidən baxa biləcəyi iddiasına münasibət bildirib:
Bəqai əlavə edib: “Ali Rəhbərin (Ayətullah Xamnəi – red.) son çıxışında İranı müdafiə etmək üçün lazım olan hər şeylə təchiz olunacağımızı vurğulayıb”.
XİN sözçüsü İrana mesaj göndərilməsi ilə bağlı sualın cavabında deyib: “İlk növbədə, Qəzza və Livanda təhlükəsizlik və soyqırımın güclənməsinin qarşısını almaq üçün bütün qonşu və dost ölkələrin səylərini dəstəkləyirik.
O cümlədən Türkiyənin sionist rejimə silah satışını qadağan edən çağırışını dəstəkləyirik. ABŞ-ın mesajlarını Tehrana çatdırmaq üçün isə İsveçrə səfirliyi məsuliyyət daşıyır”.
Xatırladaq ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İsrailin mesajlarını İran çatdırıldığını bildirib.