Taksi sürücüsü sərnişinin pul kisəsini oğurladı

0

Bakıda taksi sürücüsü sərnişinin pul kisəsini oğurlayıb.

turaninsesi.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, noyabrın 1-də gecə saat 2 radələrində Binəqədi qəsəbəsi ərazisində taksi sürücüsü sərnişinə məxsus içərisində 684 manat, 200 dollar, bank kartı və mobil telefon olan pul kisəsinin oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Səfərov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir