Ərdoğan İraq baş nazirini qəbul etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Məhəmməd Şia əs-Sudanini İstanbulda qəbul edib.
“turaninsesi.az” xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyası yayıb.
Görüş İstanbulda Vahdettin iqamətgahında keçirilir.
Liderlər ikitərəfli və regional məsələləri müzakirə edirlər.