İrəvanla Moskva arasında bəzi fikir ayrılıqları var – Mirzoyan

0

İrəvanla Moskva arasında bir sıra xarici siyasət məsələlərində fikir ayrılıqları var.

turaninsesi.az” Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

O qeyd edib ki, buna baxmayaraq, ölkələri güclü iqtisadi əlaqələr birləşdirir və münasibətlər kifayət qədər şəffafdır:

“Biz həmişə bir-birimizin mövqeyini bölüşmürük. Bu, üzv olduğumuz bir və ya iki platformaya aiddir. Məsələn, KTMT. Bu struktura münasibətimiz bəllidir”.

Mirzoyan rəsmi İrəvanın həmin quruma dair mövqeyini təkrarlayıb: “KTMT Ermənistan Respublikasının suveren ərazisinə təcavüzə kifayət qədər cavab verməyib. Bununla belə, Aİİ çərçivəsində qarşılıqlı fəaliyyət baxımından hər şey qaydasındadır”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir