Rusiya axtarışda olan 5 nəfəri Azərbaycana təhvil verdi
Beynəlxalq axtarışa verilmiş daha 5 şəxs Azərbaycana ekstradisiya edilib.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşları Ədilov Qədim Ədil oğlu, İsrafilov İlqar Etibar oğlu, Qəribov Namiq Ağaxan oğlu, Hüseynov Mahir Zahir oğlu və Abbasov Vahid Edilman oğlu Rusiya Federasiyasından ölkəmizə gətirilib.
Həmin şəxslər Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI