Mirzoyan Azərbaycanla bağlı danışdı: Müsbət irəliləyiş var

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla davam edən danışıqlardan danışıb. 

turaninsesi.az” Armenpress-ə istinadla xəbər verir ki, o, Azərbaycanla nəqliyyat və logistika infrastrukturlarının blokadadan çıxarılması məsələsində müsbət irəliləyişlərin olduğunu bildirib.

Nazirin sözlərinə görə, Bakı və İrəvan bu istiqamətdə danışıqları davam etdirəcək:

“Blokadadan çıxarılacaq bütün infrastrukturlar keçdikləri ölkənin suverenliyi, qanunvericiliyi və yurisdiksiyası altında qalacaq. Hər şey qarşılıqlı bərabərlik prinsipi əsasında aparılmalıdır. Siz də yaxşı bilirsiniz ki, Ermənistan hökumətinin təqdim etdiyi “Sülh kəsişməsi” layihəsində bu prinsiplər öz əksini tapıb. Bir çox ölkələr bu layihəni alqışlayır və onun daha geniş logistik şəbəkələrin və yeni layihələrin bir hissəsi ola biləcəyini düşünür. “Sülh kəsişməsi” Azərbaycan-Ermənistan nəqliyyat və logistika infrastrukturlarının blokadadan çıxarılmasına birbaxışdır”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir