Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında

0

Oktyabrın 30-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. Komitənin sədri Hicran Hüseynova iclasda bir məsələnin – “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirə ediləcəyini söyləyib.
Komitə sədri bildirib ki, Azərbaycan Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarından istifadə, habelə bu hüquqların və azadlıqların dövlət təminatı ilə bağlı olan məsələlər qanunla tənzimlənir. Nazirlər Kabinetinin 24 fevral 2012-ci il tarixli, 46 nömrəli qərarı ilə “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası” təsdiq olunub. Hazırda bu prosedur həmin Qaydaya uyğun olaraq həyata keçirilir. Yeni təklif edilən dəyişikliklə qeyd olunan prosedurun Qanunda təsbit olunması nəzərdə tutulur.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir