İnsan hüquqları komitəsinin onlayn iclasında

Oktyabrın 30-da Milli Məclisin İnsan hüquqları komitəsinin videokonfrans formatında iclası keçirilib. İclası açan komitə sədri Zahid Oruc bildirib ki, gündəliyə bir məsələ – “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) daxildir.
Azərbaycanda məişət zorakılığı ilə mübarizənin normativ hüquqi bazasının təkmilləşdirilməsi tədbirlərindən və bu sahədə dövlət orqanları tərəfindən görülən işlərdən söz açan Zahid Oruc vurğulayıb ki, müzakirəyə çıxarılan layihə də məişət zorakılığı ilə mübarizə sahəsində dövlət orqanlarının potensialının artırılmasına, məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının daha səmərəli müdafiəsinə xidmət edir.
Komitə sədri layihədə məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətə baxılma ilə bağlı qaydaların təkmilləşdirilməsindən danışıb. Qeyd olunub ki, təklif olunan dəyişikliklərdə məişət zorakılığı ilə bağlı şikayətə baxılma müddətləri dəqiqləşdirilir, dinləmədə vəkil, psixoloq və tərcüməçinin iştirakı təmin olunur. Həmçinin layihədə məişət zorakılığı barədə şikayətə baxılmasının nəticələrindən asılı olaraq qərarların qəbulu və məhkəməyə müraciət qaydaları daha aydın şəkildə öz əksini tapıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir