Azərbaycanda bu şəxslər 3 444 manat maaş alır

0

Mərkəzi Bank əməkdaşlarının tibbi sığortası üçün “Paşa Sığorta” ASC ilə 818 min 96 manat dəyərində müqavilə bağlayıb.

turaninsesi.az” xəbər verir ki, açıqlanan rəsmi məlumatlarda tibbi sığorta xidmətindən yararlanacaq əməkdaşların sayı 901 nəfər göstərilib.

Məlumat üçün bildirək ki, Mərkəzi Bankın 901 nəfər əməkdaşı olduğunu nəzərə alsaq, o zaman bu qurumda işləyənlərin orta aylıq əmək haqqı 3 444 manata bərabər olur.

Qeyd edək ki, Mərkəzi Bankın açıqladığı sonuncu maliyyə hesabatında qurumun illik əmək haqqı xərclərinin 37 milyon 241 min manat təşkil etdiyi qeyd olunub.

Onu da bildirək ki, Mərkəzi Bank əməkdaşlarının orta aylıq əmək haqqı ölkə üzrə qeydə alınan orta aylıq əmək haqqından (907 manat) 3,8 dəfə çoxdur. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir