İrəvan ABŞ-dan silah tədarük edəcək

0

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, general-leytenant Eduard Asryan ABŞ-la əməkdaşlıqdan danışıb. Asryan ölkəsinin silah-sursat və hərbi texnologiyalarla bağlı Birləşmiş Ştatlarla bundan sonra da əməkdaşlığa davam edəcəyini bildirib.

turaninsesi.az” erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni general ABŞ-yə səfəri zamanı 2 ölkə arasında hərbi sahədə əlaqələrim daha da genişləndirilməsi istiqamətində razılıq əldə olunduğunu deyib. Eduard Asryan ABŞ-dan silah tədarükünün konkret hansı tarixdə ediləcəyi sualını isə cavablamayıb.

İrəvan və Vaşinqton arasında real silah satış dövriyəsi olmasa da, ABŞ-ın yaxın gələcəkdə Ermənistana silah və hərbi texnika tədarükü istisna edilmir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir