Generallar Putinə təzyiq göstərir: “Səfərbərlik elan et”
Rusiyanın Baş Qərargahı və Müdafiə Nazirliyi Ukraynadakı qoşunları gücləndirmək üçün yeni səfərbərlik elan etməsi üçün Kremlə ciddi təzyiq göstərir.
“turaninsesi.az” The Economist-ə istinadla xəbər verir ki, bunu kəşfiyyat məlumatları ilə tanış olan avropalı rəsmilər bildirib.
“Rusiyanın hazırda kifayət qədər qüvvəsi yoxdur. Əgər onlar irəliləyişə nail olsalar, bundan istifadə edə bilməyəcəklər”, – deyə NATO-nun yüksək rütbəli rəsmisi izah edib.
Mənbələrin məlumatına görə, Rusiya ordusu döyüş meydanında kütləvi itkilərə səbəb olan primitiv taktikaya arxalanmaqda davam edir. Kursk cəbhəsinə getdiyi güman edilən Şimali Koreya əsgərləri rus bölmələrinin problemlərlə üzləşdiyini göstərir.
Rusiya müdafiə sənayesi Qərb istehsal xətlərini xeyli qabaqlayır. Avropa İttifaqı ildə 1 milyondan çox mərmi istehsal etdiyini iddia edir; Rusiya isə bundan 3 dəfə çox istehsal edir, Şimali Koreya və İrandan dəstək alır.
NATO-nun yüksək rütbəli mənbəsi qeyd edir ki, Moskva ayda 30 min insanı orduya cəlb edir. Bu, cəbhədəki bütün məqsədləri yerinə yetirmək üçün kifayət deyil, lakin böyük itkiləri ödəməyə imkan verir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI