Yunanıstan tarixinin ən şiddətli quraqlığını yaşayır

Yunanıstanda son illərin ən dəhşətli quraqlığı yaşanır. Fövqəladə hadisə artıq günlük həyata da təsir etməyə başlayıb. 

turaninsesi.az” xəbər verir ki, ölkə rəsmiləri quraqlıqla bağlı həyəcan təbili çalır. Avropanın ən qədim dövlətində su qıtlığı gözlənilir. Artıq Korinf də daxil olmaqla, bir neçə şəhərdə su mənzillərə palçıqlı və qumlu gəlir.

İllik yağıntı normalarının az olduğu Yunanıstanda şirin su ehtiyatları ildən-ilə azalmaqdadır. Xüsusən, Moreya yarımadasındakı əkin ərazilərində kəhriz sularından istifadə edilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir