YUNESKO-dan Qarabağla bağlı qərəzli yanaşma
YUNESKO növbəti dəfə Azərbaycanla bağlı təxribatçı bəyənat dərc edib.
“turaninsesi.az” Armenpress-ə istinadla xəbər verir ki, bu dəfə onun rəsmiləri Qarabağdakı “tarixi” erməni abidələrinə ziyan vurulması ilə bağlı narahatlıqlarını bildiriblər.
Qurumun Mədəniyyət və Fövqəladə Hallar Təşkilatının direktoru Krista Pikkat müsahibəsində “Qarabağdakı xristian abidələrinin 2020-ci ildə baş verən müharibədən ciddi təsirləndiyini və məhv olma təhlükəsi ilə üz-üzə qaldığını” deyib.
Qarabağda yaşayan ermənilərin regionu tərk etməsinə də münasibət bildirən Pikkat bununla bağlı dərin narahatlıq duyduğunu ifadə edib.
YUNESKO rəsmisi Qarabağda yerləşən xristian məbədlərini və abidələrini ümumiləşdirərək, “qədim erməni arkitekturası” kimi qələmə verməyə çalışıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI