İran hərbi büdcəsini 200% artırır
Gələn ilin büdcəsində müdafiə xərcləri bazasının 200% artırılmasını nəzərdə tutmuşuq.
“turaninsesi.az” Təsnim-ə istinadla xəbər verir ki, bunu Məsud Pezeşkian administrasiyasının sözçüsü Fatimə Mohacerani deyib.
O əlavə edib: “İsrailin hücumu İran ərazisinin aşkar şəkildə pozulmasıdır və özümüzü müdafiə etmək haqqımız təbiidir. Bu hüquqdan lazımi vaxtda istifadə edəcəyik”.
Xatırladaq ki, 2024-cü ildə İranın hərbi büdcəsi 16,4 milyard dollar təşkil edib. Bu, 2023-cü illə müqayisədə 20 faiz çoxdur.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI