İstanbulda partlayış olub, ölən və yaralananlar var – YENİLƏNİB

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölən və yaralananlar var.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerlikaya bildirib.

Vali qeyd edib ki, yaralı sayı 11 nəfərdir. Ölənlərin sayı açıqlanmır.

Hadisə yerinə polis, səhiyyə, xilasetmə qrupları cəlb edilib.

17:43

Türkiyənin İstanbul şəhərində turistlər üçün nəzərdə tutulmuş İstiqlal küçəsində partlayış baş verib.

Turanın səsi”  xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

Taksim meydanı yaxınlığında qeydə alınan partlayışın səbəbi məlum deyil.

Çoxlu sayda yaralının olduğu bildirilir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir