“Arsenal” qaçdı, “Liverpul” qovaladı
İngiltərə Premiyer Liqasının 9-cu turunun mərkəzi görüşündə “Arsenal” evində “Liverpul”u qəbul edib.
“turaninsesi.az” xəbər verir ki, liderlik uğrunda mübarizə aparan 2 komandanın duelində qalib müəyyənləşməyib.
Matçda hesabı 9-cu dəqiqədə “Arsenal”ın gənc ulduzu Bukayo Saka açıb. 18-ci dəqiqədə isə Van Daykın qolu hesabı bərabərləşdirib. İlk hissənin sonlarına doğru Merino “topçular”ı bir daha önə keçirib və birinci yarı bu hesabla yekunlaşıb.
İkinci hissədə qarşılıqlı hücumlarla davam edən oyunun 80-ci dəqiqəsində “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah hesabda bir daha tarazlığı təmin edib. Bu nəticə ilə hər iki komanda vacib 2 xal itirib.