Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımaqdan imtina etdi
Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə keçirilən parlament seçkilərinin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” Partiyasının qələbəsi ilə nəticələnməsinin total saxtakarlıq olduğunu açıqlayıb.
“turaninsesi.az” TASS-a istinadən xəbər verir ki, bu barədə S.Zurabişvili brifinqdə bildirib.
“Bu gün burada ölkədə qalan yeganə müstəqil qurumun rəhbəri kimi demək istəyirəm ki, mən bu seçkiləri tanımıram”, – Zurabişvili bildirib.
“Biz çox qeyri-adi bir şeyin şahidi olduq. Bu, total saxtakarlıq, sizin səslərinizin total oğurlanması, seçkiləri saxtalaşdırmaq üçün bu və ya digər ölkələrdə gördüyümüz bütün vasitələrdən istifadə edilməsi idi”, – o vurğulayıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI