Daha bir “Azərişıq” əməkdaşını “tok” vurub öldürdü

0

Bakıda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub.

turaninsesi.az” xəbər verir ki, hadisə Sabunçu rayonu, S.Qocayev küçəsində baş verib.

Sabunçu rayon İşıq İdarəsinin elektriki 47 yaşlı Emin Mirzə oğlu Hüseynovu işıq dirəyində iş görən zaman cərəyan vurub. Hadisə nəticəsində o, yerindəcə keçinib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Xatırladaq ki, iki gün öncə də Qobustan qəsəbəsi ərazisində yerləşən “ANT” sement zavodunda “Azərişıq” ASC-nin işçisini cərəyan vuraraq öldürmüşdü.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir