Bu qəbiristanlıqlar bağlandı

İstanbul qəbiristanlıqlarında sürətlə artan sıxlıq nisbəti narahatlıq doğurur.

turaninsesi.az” xəbər verir ki, şəhərin mərkəzində 131 qəbiristanlıq dəfn üçün bağlanıb. İstanbul Qəbiristanlıqlar İdarəsinin rəhbəri Ecevit Yılmaz mövzu ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, şəhərdə cəmi 14 milyon kvadratmetr qəbiristanlıq sahəsi var:

“Tezliklə yeni qəbiristanlıq sahələri istifadəyə veriləcək. İstanbuldakı bir çox qəbiristanlıq doluluq nisbətinə görə yeni dəfnlərə bağlanıb. Zincirlikuyu, Topkapı, Kozlu, Edirnekapı Şəhidliyi, Eyüpsultan, Aşiyan, Ulus, Karacaahmet, Kartal, Çengelköy qəbiristanlıqları bağlı qəbiristanlıq ərazilərimiz arasındadır. İstanbulda qəbiristanlıq ərazilərinin planlaşdırılmasına təkcə dəfn prosedurları deyil, həm də şəhərin ümumi planlaşdırılması və abadlaşdırılması daxildir. Yollar, sosial sahələr, səhiyyə və təhsil müəssisələri kimi əsas xidmətlərlə yanaşı, qəbiristanlıqlar da şəhərin inkişafında mühüm rol oynayır”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir