“ABŞ-nin insan haqları məsələlərini istifadə və təhrif etmək hüququ yoxdur” – XİN

0

“ABŞ-nin daxili işlərə, istintaq prosesinə və məhkəmə sisteminin müstəqilliyinə müdaxilə vasitəsi kimi insan haqları məsələlərini istifadə etmək və təhrif etmək hüququ yoxdur”.

turaninsesi.az” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə “X” platformasındakı paylaşımında qeyd edib.

O, Azərbaycanda fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildirib.

“Eyni zamanda, ABŞ-də olduğu kimi cinayət əməllərinə görə cəza çəkən vətəndaşlar heç bir ayrı-seçkiliyə məruz qalmadan cəzaçəkmə rejimlərinin müvafiq qanunlarının tələblərinə tabedirlər”, – Ayxan Hacızadə qeyd edib.

A.Hacızadə əlavə edib ki, bəzi xarici hökumətlərin və siyasətçilərin milli qanunvericilik əsasında məhkəmə tərəfindən cinayət ittihamı ilə məhkum edilmiş şəxslərin azadlığa buraxılması tələbləri onların qanunun aliliyinə sadiqliyini şübhə altına alır.

Qeyd edək ki, ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi hazırda istintaq altında olan Qubad İbadoğlu ilə görüşüb və görüş barədə səfirlik “X” hesabında məlumat yayıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir