Bakı sakinləri üçün VACİB MƏLUMAT – Ekstremal atmosfer hadisəsi yaşanır…

Bu il paytaxta iqlim normasından artıq yağıntı düşüb. Hesablamalar da təsdiqləyir ki, Bakıya düşən yağıntının miqdarı iqlim norması ilə müqayisədə 3 misli qədərdir.

Bəs bu qədər çox yağıntının düşməsi nə ilə bağlıdır? Yenidən paytaxt ərazisində güclü yağışlar gözlənilir?

turaninsesi.az” xəbər verir ki, Meteoroloq Cavid Hüseynov bu barədə açıqlama verib:

“Azərbaycan Respublikasının orfoqrafik şəraitindən asılı olaraq, ölkə ərazisinə daxil olan hava kütlələri transformasiyaya uğrayır. Belə ki, sədd effekti yaradan Böyük Qafqazın dağ silsilələri şimal-qərb istiqamətindən gələn hava kütlələrinin hərəkət trayektoriyasını dəyişməyə məcbur edir və Xəzər dənizi əlverişli dəhliz olduğuna görə  şimal istiqamətindən cənuba doğru yönəlir. Bu zaman daxil olan hava kütlələrinin təsirinə ən çox məruz qalan ərazilər Abşeron yarımadasının sahilyanı əraziləri və Lənkəran təbii vilayətinin ovalıq və dağətəyi əraziləri olur”.

Ekspert qeyd edib ki, leysan yağışın maksimal miqdarda düşməsi iqlim dəyişmələri ilə əlaqədar deyil, sadəcə ekstremal atmosfer hadisəsidir:

“Ümumiyyətlə,  ekstremal atmosfer hadisələrinin baş vermə tezliyi və davamiyyəti hər bir ərazi üzrə 2, 5, 10, 20, 25, 50 və 100 il üçün hesablanması mümkündür. Adətən yolların, körpülərin, hidrotexniki qurğuların layihələndirilməsi zamanı ekstremal hadisələr nəzərə alınır və inşaat işləri də həmin hesablamalar əsasında icra edilir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir