Paşinyan İlham Əliyevə müraciət etdi
Bu gün Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclası keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
İclasda iştirak edən dövlət rəhbərləri arasında Ermənistanın baş naziri Nikol Paşinyan da var.
“turaninsesi.az” xəbər verir ki, “Outreach” / “BRICS+” formatlı toplantıda Azərbaycan və Ermənistan liderləri yanaşı əyləşiblər.
İclasdan yayımlanan videodan görünür ki, Nikol Paşinyan İlham Əliyevə tərəf dönərək, nələrsə söyləyir. Azərbaycan Prezidentinin Ermənistan baş nazirinə qısaca cavab verdiyi diqqət çəkir.