Qonşu ölkədə güclü zəlzələ oldu – 6,2 bal
Sakit okeanda, Rusiyanın Şimali Kuril adalarının sahillərinə yaxın ərazidə 6,2 maqnitudalı zəlzələ baş verib.
“turaninsesi.az” xəbər verir ki, bu barədə “Yujno-Saxalinsk” seysmik stansiyasının rəhbəri Yelena Semyonova xəbər verib.
Məlumata görə, yeraltı təkanların episentr Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 155 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 63 kilometr dərinlikdə olub.
O da vurğulanır ki, xəsarət alan olmayıb, dağıntılar qeydə alınmayıb. Sunami təhlükəsi də elan edilməyib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI