Putin-Pezeşkian danışıqlarında Cənubi Qafqazdan söz açıldı

0

Kazanda Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Məsud Pezeşkian arasında görüş başlayıb.

turaninsesi.az” xəbər verir ki, danışıqlar Kazanda BRICS sammiti çərçivəsində keçirilir.

Putin danışıqların protokol hissəsində iki ölkə arasındakı münasibətlərin inkişafından danışıb. Bir müddət əvvəl Türkmənistan paytaxtında iranlı vəzifədaşı ilə görüşünü xatırladıb:

“Bu gün ən aktual beynəlxalq mövzular, o cümlədən Yaxın Şərqdəki dramatik hadisələr, Suriya və Cənubi Qafqazdakı vəziyyətlə bağlı müzakirələrimizi davam etdirəcəyik”.

Rusiya prezidenti qeyd edib: “Rusiya və İranın qlobal gündəmə yanaşmaları yaxın və ya tamamilə üst-üstə düşür”.

“Bizi ədalətli, çoxqütblü dünya nizamı yaratmaq, beynəlxalq normalara riayət etmək və BMT-nin mərkəzi rolunu qorumaq istəyi birləşdirir”, – deyə o əlavə edib.

Putin, həmçinin Pezeşkiandan İranın Ali dini lideri Xamnəiyə salamlarını və xoş arzularını çatdırmağı xahiş edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir