Pezeşkian: İsrail ağlasığmaz cavab alacaq

İrana təcavüz olarsa, İsrailə qarşı cavab tədbirləri görəcək.

turaninsesi.az” Mehr-ə istinadla xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Kazanda keçirilən BRİKS sammiti çərçivəsində deyib.

O, Efiopiyanın baş naziri Abiy Əhməd Əli ilə görüşündən sonra bildirib: “Əgər sionist rejim səhv edib İslam Respublikasına qarşı hərəkətə keçsə, qəti və ağlasığmaz cavab alacaq”.

Eyni zamanda İran prezidenti Yaxın Şərqdə sülhün bərqərar olması istəyini qeyd edib. “Biz regionda münaqişənin və gərginliyin artmasını istəmirik, sülh və əmin-amanlıq yolunda bütün hərəkətləri alqışlayırıq. Ölkəmdə harmoniya və bütövlüyü təmin etmək, dünya ilə əlaqələri və əməkdaşlığı gücləndirmək üçün prezident oldum”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir