İranda siyasi məhbuslar aclıq aksiyası keçirir – Səbəb
İranın 23 həbsxanasında siyasi məhbuslar edam hökmlərinin dayandırılması tələbilə aclıq aksiyası keçirirlər.
“turaninsesi.az” xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Onların beynəlxalq ictimaiyyətin və insan haqları müdafiə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün bu yola əl atdığı bildirilir.
Qeyd edək ki, son 1 həftə ərzində İranda 35 məhbus edam edilib, onlarla məhbus barəsində ölüm hökmü çıxarılıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI