Simonyan: Qarabağ Azərbaycan ərazisi olub və qalır

Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və belə olaraq qalır.

turaninsesi.az” Sputnik-Armenbia-ya istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

“Mən başa düşürəm ki, hər bir sözdən yapışıb, bunun üzərində tezislər qurmaq, nəyi isə sübut etməyə çalışmaq olar, amma fakt faktlığında qalır: haqqında danışdığımız ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və bu, indi də belədir”, – deyə A.Simonyan vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan Qarabağda əməliyyatı BMT Təhlükəsizlik Şurasının ən azı 3-4 qətnaməsi çərçivəsində həyata keçirib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir