7 İran casusu tutulub – Onlar Azərbaycan əsilli İsrail vətəndaşlarıdır
İsrailin Ədliyyə Nazirliyi bir neçə nəfərin İranın nəfinə casusluq ittihamı ilə həbs etdiyini bəyan edib.
“turaninsesi.az” xəbər verir ki, İsrail polisinin yaxaladığı, həssas hərbi və infrastruktur obyektləri üzrə kəşfiyyat məlumatlarının toplanması və İrana ötürülməsi ittihamı ilə üzləşənlərin ümumi sayı 7 nəfərdir.
Casusluqda ittiham olunan şəxslərin İran üçün indiyədək 600-ə yaxın tapşırıq yerinə yetirdiyi bildirilir.
Onların casus məlumatları ötürdüyü obyektlər arasında “Ramat David” aviabazası, “Nevatim” aviabazası, “Glilot” və keçən həftə “Hizbullah”ın pilotsuz uçuş aparatının hücumu nəticəsində 4 İsrail əsgərinin öldürüldüyü “Golani” Bbiqadasının bazası var.
Casusluqda şübhəli bilinərək həbs edilən şəxslər Azərbaycan əsilli İsrail vətəndaşlarıdır. Onlardan bəzilərinin qohum olduqları, birinin isə hərbi xidmətə getmədiyi vurğulanıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI