Çin Tayvanı mühasirəyə aldı
Rəsmi Pekin və Taypey arasında gərginlik yenidən yüksəlib.
“turaninsesi.az” xəbər verir ki, Çin ordusunun Sarı dənizdə başladığı hərbi təlimlər Tayvan rəhbərliyinin siyasi qəzəbinə səbəb olub.
34 donanma gəmisi və 125 qırıcı təyyarənin qatıldığı təlimlər tam olaraq Tayvan adasını mühasirəyə alıb. Təlim əməliyyatları adanın bütün ətrafı boyunca həyata keçirilir.
Çin rəsmiləri öz çıxışlarında Tayvanın müstəqilliyini israrla rədd və adanın Pekin yurisdiksiyasına qayıtmasını tələb edir. Lakin başda ABŞ olmaqla, bir çox dünya dövlətləri Tayvanın suverenliyini tam dəstəkləyir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI