Rusiya və Ukrayna arasında növbəti dəfə hərbi əsirlərin mübadiləsi baş tutdu
Rusiya və Ukrayna arasında 95-95 formatında əsir mübadiləsi aparılıb.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, oktyabrın 18-də danışıqlar prosesi nəticəsində 95 rusiyalı hərbçi Kiyevin nəzarətində olan ərazilərdən geri qaytarılıb, bunun müqabilində 95 hərbi əsir Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib.
Həmçinin qeyd olunub ki, hazırda Rusiya hərbçiləri Belarus ərazisindədirlər, onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı yaradılır.
Mübadilə BƏƏ-nin vasitəçiliyi ilə baş tutub.