ABŞ Ukraynaya silah tədarükünü davam etdirəcək

0

ABŞ Ukraynanın müharibə aparmaq və ərazilərini azad etmək üçün lazımi silahlara malik olmasını təmin etməsi məqsədilə səylərini davam etdirəcək.

Turanın səsi” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

“ABŞ-ın mövqeyi dəyişmir, 6 ay əvvəl olduğu kimi qalır. Biz Ukraynanın döyüş meydanındakı mövqeyini gücləndirmək üçün mümkün olan hər şeyi edəcəyik”, – o deyib.

Qeyd edək ki, C.Sallivan ABŞ-ASEAN və Şərqi Asiya ölkələri Sammitində iştirak etmək üçün Kambocada olan ölkə Prezidenti Co Baydeni müşayiət edir. Ağ Ev rəhbəri oradan G20 sammitində iştirak etmək üçün İndoneziyaya gedəcək.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir