Türkiyədən alış-veriş edənlərə ŞAD XƏBƏR – Pulunuz cibinizdə qalacaq…
Son həftələrdə türk lirəsinin dollar və avro qarşısında ucuzlaşması sürətlənib.
“turaninsesi.az” xəbər verir ki, dollar həftənin əvvəlində 34 lirəni keçərək rekord qırıb. Avro isə ilk dəfə 38 lirəni ötüb.
İlin əvvəlindən bəri TL dollar və avro qarşısında dəyərini təxminən 16% itirib.
Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) əvvəllər həyata keçirilən sərt pul siyasəti nəticəsində TL-nin bahalaşdığını açıqlayıb.
TCMB sədri Fatih Karahan, iyul ayında Bloomberg-də dərc olunan müsahibəsində bildirib:
“Nə nominal, nə də real məzənnə hədəfimiz var, nə də real məzənnənin müəyyən qədər bahalaşması üçün mühəndislik aparmırıq. Bizim prioritetimiz sərt pul siyasəti və Nəticədə türk lirəsi aktivləri daha cəlbedici olur. Onlara tələbat artır və lirə dəyər qazanır”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI