7 ballıq zəlzələ olacaq? – ŞOK AÇIQLAMA

0

Səhər saatlarında Malatyada baş verən zəlzələdən sonra ekspertlərdən açıqlamalar davam edir. 

turaninsesi.az” xəbər verir ki, zəlzələ eksperti Övgün Əhməd Ərcan da bu barədə danışıb. O, Malatyada baş verən 5,9 ballıq zəlzələdən sonra afterşokların 7 ballıq yeni zəlzələ meydana gətirə biləcəyini deyib. 

Ekspertin sözlərinə görə, Malatyadakı zəlzələ ötən il Kahramanmaraşda baş verən dəhşətli zəlzələlərin afterşokudur.

Övgün Əhməd Ərcan yeni zəlzələ ehtimalı barədə də danışıb: 

“Əslində, 6,5 və 7 ballıq zəlzələnin olacağını gözləyirdik. 

Onlardan biri bu gün gec də olsa Malatyada 5,9 balla baş verdi. 

Lakin bu bölgədə 7 ballıq yeni afterşokların olacağını görməyimiz təəccüblü olmaz”. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir