Hakan Fidan: “3+3” formatında görüş İstanbulda keçiriləcək

0

Oktyabrın 18-də İstanbulda Azərbaycan, Ermənistan, Rusiya Federasiyası və İranın xarici işlər nazirlərinin iştirakı ilə “3+3” formatında xarici işlər nazirlərinin üçüncü görüşü keçiriləcək.

turaninsesi.az”  “TRT Haber”ə istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O bildirib: “Türkiyə bütün regional məsələlərin bilavasitə region ölkələri tərəfindən həll edilməsi mövqeyindən çıxış edir. Biz regional əməkdaşlıq platforması vasitəsilə Cənubi Qafqaz ölkələri ilə məsləhətləşmələri davam etdiririk. “3+3” formatında nazirlərin üçüncü görüşü oktyabrın 18-də İstanbulda keçiriləcək. Görüşdə Azərbaycan, Ermənistan, İran və Rusiyanın xarici işlər nazirləri iştirak edəcəklər”. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir