Rus ordusu Kurskun yarısını geri aldı
Rusiya ordusunun Kurskda apardığı əməliyyatla bağlı növbəti açıqlama yayılıb.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, general-mayor, “Əhməd” xüsusi təyinatlılarının komandanı Aptı Alaudinov məlumat verib.
O bildirib ki, Ukrayna hərbçiləri tərəfindən ələ keçirilən Kursk torpaqlarının təxminən yarısı geri alınıb.
Qeyd edək ki, bu gün Rusiya ordusu Kursk vilayətində əks-hücum zamanı Suca ətrafına yaxınlaşıb.