Pezeşkian səfirliyə hücum edən şəxslə bağlı açıqlama verdi

0

“Hüquqi proseslər tam həyata keçirilənə qədər bu məsələni izləyəcəyik”.

turaninsesi.az” xəbər verir ki, bunu Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxsin işi ilə bağlı məhkəmə proseslərinə toxunan Məsid Pezeşkian deyib.

O, baş nazirin müavini Şahin Mustafayevlə görüşdə şəxslə bağlı məhkəmə hökmünün icrası məsələsinə münasibət bildirib: “Hüquqi proseslər tam həyata keçirilənə qədər bu məsələni izləyəcəyik”.

Xatırladaq ki, 27 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

Səfirliyin mühafizə xidmətinin 2 əməkdaşı – Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb. Onun barəsində bu ilin fevral ayında edam hökmü çıxarılıb.

Baş prokuror Kamran Əliyev bu yaxınlarda deyib: “2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə törədilməklə bir soydaşımızın ölümü, ikisinin isə yaralanması ilə nəticələnən hücumu həyata keçirmiş Yasin Hüseynzadə barəsində hökmün icrası müəyyən prosedurlar tələb edir. 

İran tərəfi ilə bu istiqamətdə əlaqələrimizi davam etdiririk. Burada sadəcə prosessual məsələlərdən söhbət gedir. Bilirsiniz ki, birinci instansiya məhkəməsinin hökmü İranın Ali Məhkəməsində təsdiq olunmalıdır. Prosessual qayda odur ki, bu prosedur həyata keçiriləndən sonra hökm icraya yönəldiləcək”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir