Rusiya ABŞ-ın 200 vətəndaşının ölkəyə girişinə qadağa qoyub
Rusiya ABŞ-ın 200 vətəndaşının ölkəyə girişinə qadağa qoyub.
“Turanın səsi” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Bayden administrasiyası tərəfindən Rusiya rəsmilərinə, ictimaiyyət nümayəndələrinə, mədəniyyət xadimlərinə deyil, həm də Vaşinqtona etiraz edənlərə qarşı mütəmadi olaraq tətbiq edilən bütün yeni sanksiyalara cavab olaraq ABŞ vətəndaşlarına giriş qadağası tətbiq edilir”, – XİN-in bəyanatında deyilir.
Siyahıya daxil edilən şəxslərə qadağa daimi tətbiq olunur. Burada ABŞ-ın hazırkı prezidentinin yaxınları da var.