Almaniya Ukraynaya daha 1 milyard avro ayırıb
Almaniya hökuməti Ukraynanı dəstəkləmək üçün 2023-cü ilin federal büdcəsindən əlavə 1 milyard avro vəsait ayırıb.
“Turanın səsi” TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi müvafiq sənədə istinadən məlumat yayıb.
Bu vəsait həmçinin kiberməkanda təhlükəsizliyin təmin edilməsinə sərf olunacaq.
“Ukraynanın büdcəsi açıq şəkildə göstərir ki, dəstəyimiz mühüm və zəruri silah tədarükündən çox-çox kənara çıxır”, – “Reuters” Ukraynaya dəstək məsələləri ilə məşğul olan Almaniyanın “Yaşıllar” partiyasının nümayəndəsi Robin Vaqerdən sitat gətirib.
O, eyni zamanda bildirib ki, bu məbləğin bir hissəsi insan hüquqlarının pozulması və müharibə cinayətləri ilə bağlı sübutları qeydə alan qruplara dəstək məqsədilə istifadə olunacaq.
Əlavə pul vəsaiti, həmçinin Belarus, Rusiya və Ukraynada jurnalistlərin müdafiəsi də daxil olmaqla, daha geniş regionda vətəndaş cəmiyyətinin dəstəklənməsinə sərf olunacaq.