Pezeşkian: İran-Rusiya münasibətləri strateji xarakter daşıyır

0

“Rusiya ilə münasibətlərimiz səmimi və strateji xarakter daşıyır”.

turaninsesi.az” IRNA-ya istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşdə prezident Məsud Pezeşkian deyib.

O, iki ölkə arasında birgə əməkdaşlığın inkişaf etdirildiyini vurğulayaraq, 

“İqtisadi və mədəni baxımdan əlaqələrimiz günü-gündən möhkəmlənir. İran və Rusiya arasında artan əməkdaşlıq prosesi iki ölkənin ali rəhbərlərinin iradəsinə və bu əlaqələrin gücləndirilməsinin zəruriliyinə uyğun olaraq sürətləndirilməlidir”, – deyə İran prezidenti vurğulayıb.

İran və Rusiyanın yaxşı, qarşılıqlı və bir-birini tamamlayan imkanlara malik olduğunu və bir-birinə kömək edə biləcəyini bildirən Pezeşkian əlavə edib: “Dünyadakı mövqelərimiz digərlərindən çox bir-birinə daha yaxındır”.

İran və Rusiya arasında strateji tərəfdaşlıq sənədinin imzalanmasının sürətləndirilməsinə ümid etdiyini bildirən Məsud Pezeşkian deyib: “Ümid edirəm ki, Rusiyada keçiriləcək BRİKS sammiti zamanı bu sazişi yekunlaşdıracağıq”.

O, regionda yaranmış vəziyyətə toxunub: “Sionist rejim (İsrail – red.) heç bir beynəlxalq hüquqi və humanitar çərçivəyə hörmət etmir və regionda vəziyyət kritikdir. Avropa və Amerika ölkələri region ölkələri arasında münasibətlərin sakit əsasda davam etməsini istəmir”.

Vladimir Putin bildirib: “İki ölkə arasında əməkdaşlıq bizim üçün yüksək prioritetdir və əlaqələrin inkişafı və ticari həcmin artırılması həyata keçirilir. Beynəlxalq səviyyədə əməkdaşlıq edirik və qlobal qiymətləndirmə və yanaşmalarımız eynidir”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir