Ərəb ölkələri İsrailə yardım etsə… – Tehrandan xəbərdarlıq

İran Səudiyyə Ərəbistanına və digər Körfəz ölkələrinə xəbərdarlıq edib ki, İslam Respublikasına hücumda İsrailə hər hansı yardım onların neft obyektlərinə cavab zərbələri endirəcək.

turaninseso.az” Reuters-ə istinadla xəbər verir ki, bu məlumatı Səudiyyə Ərəbistanı kral məhkəməsinə yaxın analitik Əli Şihaba təsdiqləyib.

O deyib: “Körfəz ölkələri öz hava məkanını İsrailə açsalar, bu, müharibə aktı olacaq”.

Şihabanın sözlərinə görə, Tehran Ər-Riyada xəbərdarlıq edib ki, müttəfiqlərindən, məsələn, Yəmən və ya İraqdan reaksiya gələ bilər.

Reuters mənbələrindən biri bildirib ki, Çərşənbə günü, oktyabrın 9-da Səudiyyə Ərəbistanının faktiki hökmdarı vəliəhd şahzadə Məhəmməd bin Salman və İranın xarici işlər naziri Abbas Araqçi arasında danışıqların əsas mövzusu İsrailin İrana potensial hücumu olub.

Bundan sonra Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ ABŞ-ı xəbərdar edib ki, İsrailin İrana hücum etmək üçün öz hava məkanından və hərbi infrastrukturundan istifadə etməyə icazə verməyəcəklər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir