Zelenski Rusiya ilə atəşkəs müzakirələrini rədd etdi

“Ukrayna Qərblə Rusiya ilə münaqişədə atəşkəs imkanlarını müzakirə etməyib”.

 “turaninsesi.az” “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Volodimir Zelenski deyib.

Ukrayna lideri qeyd edib ki, son vaxtlar mediada onun atəşkəsdən danışmaq üçün Qərbə getdiyi barədə məlumatlar yayılıb. Zelenski bu məlumatın həqiqətə uyğun olmadığını bildirib.

Xatırladaq ki, bundan əvvəl İtaliyanın “Corriere della Sera” qəzeti Zelenskinin Ukraynanın ərazi itirməsini tanımadan mövcud cəbhə xəttində atəşkəsə hazır olduğunu, bunun müqabilində Kiyevin Qərbdən təhlükəsizlik zəmanəti istədiyini yazmışdı.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir