Prezidentin konfrans iştirakçılarına MÜRACİƏTİ
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 10-da Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) iştirakçılarına müraciət ünvanlayıb.
“turaninsesi.az” xəbər verir ki, müraciət mətnini COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev oxuyub.
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) başlayıb. Tədbir “Ambisiyaların gücləndirilməsi və fəaliyyətin təmin edilməsi” mövzusuna həsr olunub.
Açılış mərasimində COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, COP28-in prezidenti Sultan Əl Cabir, BMT Baş katibinin müavini Əminə Ceyn Məhəmməd, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil və köməkçi icra orqanının (SBI) sədri Nabil Munir iştirak edirlər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI