“İrana ölümcül və gözlənilməz zərbə endirəcəyik” – İsrailin müdafiə naziri

İsrail raket hücumuna cavab olaraq İrana zərbə endirmək planlarından əl çəkmir.

turaninsesi.az” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Yoav Qalant çıxış edib.

Müdafiə naziri bildirib ki, İranın hücumu aqressiv olsa da, qeyri-dəqiq idi.

“Bizim hücumumuz, əksinə, ölümcül, son dərəcə dəqiq və ən əsası, gözlənilməz olacaq. Onlar nə baş verdiyini və necə baş verdiyini anlamayacaqlar. Sadəcə olaraq, nəticələri seyr edəcəklər” , – deyə nazir İsrail ordusunun kəşfiyyat bölmələrindən birinin iclasında bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir