İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclasında iştirak etdi
Moskvada MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.
“turaninsesi.az” xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı layihələrin həyata keçirildiyini, əlaqələrin uğurla inkişaf etdiyini bildirdi.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko iclasda çıxış etdi və 1941-1945-ci illər müharibəsində Qələbənin 80 illiyi ilə bağlı MDB xalqlarına və dünya ictimaiyyətinə birgə müraciəti oxudu.
Sonra Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko çıxış edərək MDB ölkələrinin parlamentlərarası əlaqələrindən, görüləcək işlərdən, nəzərdə tutulan layihələrdən danışdı.
Daha sonra sənədlər imzalandı.
Bununla da MDB Dövlət Başçıları Şurasının iclası başa çatdı.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI